Ermənistan xarici işlər naziri Çexiyaya səfər edəcəkbackend

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Çexiyaya səfər edəcək.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan XİN başçısının səfəri iyulun 26-da baş tutacaq. Səfər çərçivəsində o, çexiyalı həmkarı Jan Lipavski və Çexiya Senatının prezidenti Miloş Vistirçillə görüşəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıq, regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

APA