Ermənistan XİN-ə o rəhbər gətirilə bilərbackend

Ermənistan Baş nazirinin müavini vəzifəsini icra edən Mher Qriqoryan XİN rəhbəri vəzifəsinə əsas namizədlərdən hesab olunur.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti mənbələrinə istinad edərək məlumat verib.

“Hazırda seçim olaraq Baş nazir müavini vəzifəsini icra edən Mher Qriqoryan üzərində dayanılıb”, – deyə məqalədə qeyd olunub.

Qriqoryanın namizədliyinin Rusiya siyasi quruluşu üçün məqbul olduğu və eyni zamanda kifayət qədər iş təcrübəsinə sahib olduğu bildirilir.

Qriqoryan “Joğovurd”un sözügedən xəbərini şərh edərkən belə bir məlumata sahib olmadığını bildirib və gələcək hökumətin qurulması ilə bağlı şərh verməkdən imtina edib.