Ermənistana “Bastion” zirehli transportyorlar göndərildibackend

“Yeni Gundem” xəbər verir ki, Fransanın Ermənistana silah göndərməsi ilə bağlı məlumatlar yayılıb.

“Ermənistan və Fransa regionda silahlanma siyasətinə son qoymalıdır və bu ölkələr indi başa düşməlidirlər ki, sülhdən başqa alternativ yoxdur” – bunları Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

Hacızadə verdiyi yazılı açıqlamada, “Fransanın Ermənistana hücum qabiliyyətinə malik “Bastion” zirehli transportyorunu göndərməsini qınayırıq” deyə vurğulayıb.

Fransanın bu addımının bölgədə vəziyyəti gərginləşdirəcəyini deyən Hacızadə həmçinin beynəlxalq ictimaiyyəti Ermənistanı silahlandırmaqdan çəkinməyə, bu cür qanunsuz əməlləri dayandırmağa və pisləməyə çağırıb.

Xatırladaq ki, oktyabr ayında Fransa ilə Ermənistan arasında silah satışı və hərbi yardım haqqında saziş imzalanıb.

Sosial şəbəkələrdə “Bastion” zirehli transportyorlarının Ermənistana göndərilməsinin görüntüləri paylaşılıb.

Mənbə: TrtHaber

Aynur Camal