Ermənistana dəyən zərər açıqlandı – AÇIQLAMAbackend

Azərbaycan Ordusu istənilən relyefdə, dağlıq, düzənlik ərazidə, həmçinin hava şəratindən aslı olmayaraq hər zaman döyüş aparmaq gücündədir. Bunun üçün Ordumuzun bütün maddi texniki təminatı, həmçinin müasir silahları var. Ordumuzun vuruşan əsgəri peşəkardır. Mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Ordumuz müasir təcrübəyə əsaslanır, istənilən hərbi tapşırığı yerinə yetirməyə hazırdır. Ordumuz ağır şəraitdə son döyüş tapşırığını yerinə yetirdi.Ən əsası nəticə ondan ibarətdir ki, yeni yüksəkliklər əldə edildi. Bu yüksəkliklər İrəvan-Qafan yolunu və bir çox Ermənistana gedən yolları nəzarətdə saxlayacaq.

Bu sözləri Yeni Gundem”ə açıqlamasında Hərbi ekspert Emin Həsənli bildirib.

O həmçinin son 7 saat davam edən döyüşlərdə düşmənə deyən zərərdəndə danışdı.

“Düşmən dəfələrlə təxribat törədib.Son təxribatda da diveresiya fəaliyyəti həyata keçirib. Ərazilərimizin minalanmağa cəhd edib.Əlbəttə əsas məqsəd daimi olaraq müharibə ab-havasını qoruyub saxlamaqdır. Ordumuz onları çox pis cəzalandırdı. Düşmən 4-5 dəfə çox ağır itki verdi. Hava Hücumundan müdafiə sistemi S-300 lər aradan çıxarıldı. Düşmənə yarım milyarddan artığ maddi zərər dəydi. Düşmən canlı qüvvəsində ki, itkiləri tam açıqlamır. Halbuki bu rəqəm 450 yə yaxındır.”

Fərahin RƏHİMOV

Yenigundem.az