Ermənistanda bir sutkada rekord sayda yoluxma qeydə alınıbbackend
Ermənistanda son sutkada rekord sayda – 723 yoluxma faktı qeydə alınıb.
“Yeni Gündəm” “Report”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın baş naziri Nikol Paşinyan yayıb.
Onun sözlərinə görə, son sutkada koronavirusdan 6 nəfər ölüb. Bununla da qurbanların sayı 264-ə, yoluxanların sayı isə 16 004-ə çatıb.