Ermənistanda daha 239 nəfər yoluxub – COVID-19backend

Ermənistanda son sutka ərzində 239 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

“Yeni Gündəm”-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 46910-a çatıb.

Son sutkada virusdan daha 1 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 926-ya çatıb. //APA