Ermənistanda dəhşətli polis zorakılığı üzə çıxdı – VİDEObackend

Erməni mətbuatı və sosial media seqmentində bir neçə polis məmurunun mülki geyimli kişini vəhşicəsinə döydüyü video yayımlanıb.

“Yeni Gündəm” xəbər verir ki, vətəndaş daha sonra huşsuz vəziyyətdə xəstəxanaya aparılır.

Hüquq-mühafizə orqanı işçilərinin formalarından videonun daha əvvəllər çəkildiyi məlum olur. Buna baxmayaraq, polis hadisənin keçən ilin avqust ayında baş verdiyini, təcavüzkarlara qarşı cinayət işləri açıldığını və Xüsusi İstintaq Xidmətinin onlarla məşğul olduğunu bildirib.

Onlar vəzifəli şəxs tərəfindən zorakılıq, silah və ya xüsusi vasitələrlə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.

Video Player