Ermənistanda əsgər valideynləri övladlarının Qarabağdan çıxarılmasını tələb edirbackend

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz formada hərbi xidmətdə olan erməni əsgərlərin valideynləri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən narazı qalıblar.

Əsgər valideynləri yenidən hökumət binasının qarşısında toplaşaraq övladlarının dərhal tərxis olunmasını tələb ediblər.

“Baş nazir məsələlərin bizim tələblər nəzərə alınmadan iki həftəyə həll olunacağını dedi. Bu müddət ərzində oğullarımızın hərbi xidmətinin azaldılıb-azaldılmaycağı məlum olacaq”, – görüş iştirakçılarından biri Suren Gevorkyan bildirib.

Onun sözlərinə görə, irəli sürdükləri tələblər 4 ay ərzində öz həllinin tapmayıb. Bununla yanaşı, hökumət evinin qarşısında itkin düşən hərbçilərin etiraz aksiyası davam edir. Onlar itkin düşmüş sayılan 500 əsgərlə bağlı məsələyə baş nazirin cavab verməsini tələb edirlər.Report