Ermənistanda fövqəladə vəziyyət avqustun 12-dək uzadıldıbackend

Ermənistanda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti avqustun 12-dək uzadılıb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.

Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti iyulun 13-də başa çatırdı.

Xatırladaq ki, Ermənistanda indiyədək 32 151 nəfər koronavirusa yoluxub, 573 nəfər ölüb.