Ermənistanda koronavirusdan ölənlərin sayı 870-i ötdübackend

Ermənistanda son sutka ərzində daha 175 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 43 min 626-ya çatıb.

Virtualaz.org bildirir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, göstərilən müddətdə həm də 3 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 872 nəfər olub.

İndiyədək 37 min 563 xəstə sağalıb.

Hazırda Ermənistanda 4 925 aktiv koronavirus xəstəsi var.