Ermənistan Aİ- nin mülki missiyası ilə bağlı qərar qəbul edib.
“Yeni Gundem” erməni mediasına istinadən xəbər verir ki,bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama verib.
O bildirib ki, Ermənistan Avropa İttifaqının mülki monitorinq missiyasını tənzimləyəcək sazişin imzalayacaq.
“Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı şəkildə tənzimlənir. Lakin missiyanın fəaliyyətini tənzimləyəcək saziş müzakirə olunmalı və imzalanmalıdır”, – deyə Paşinyan qeyd edib.
Fərahim Rəhimov