Ermənistandan daha bir saxtakarlığ – koronavirus statistikası gizlədilirbackend

Ermənistanda koronavirus infeksiyasından ölənlərin sayı 2931 nəfərə çatıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Bildirilib ki, koronavirusa yoluxma sayı son sutka ərzində 157 nəfər artaraq 162 min 288-ə yüksəlib.

Hazırda 882 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, Qarabağla bağlı atəşkəs razılaşmasının imzalandığı 10 noyabrdan bəri paytaxt İrəvan başda olmaqla, ölkənin müxtəlif bölgələrində müxalifətin və döyüşlərdə itkin düşmüş hərbçilərin qohumları vaxtaşırı kütləvi nümayişlər keçirir. Bunun fonunda ölkədə infeksiyaya yoluxam hallarının azalması rəqəmlərin doğru olmadığını göstərir.