Ermənistanın 2 hərbçisi yaralandıbackend

Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma nəticəsində 2 erməni hərbçi yaralanıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, mayın 11-də Azərbaycanla sərhədyanı ərazidə baş verən silahlı toqquşma nəticəsində Ermənistan silahlı qüvvələrinin 4 hərbçisi yaralanıb.

Xatırladaq ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib./Report