Ermənistanın Azərbaycana məxsus tarixi və mədəni irsi mənimsəməsinə dair hesabat hazırlandıbackend

Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi “Ermənistanın Azərbaycanın tarixi və mədəni irsini mənimsəməsi” adlı hesabat hazırlayıb.

Mərkəzdən verilən məlumata görə, hesabatda həm işğaldan azad olunmuş Azərbaycan ərazilərində, həm də Ermənistan ərazisində Azərbaycana məxsus tarixi və mədəni irsin Ermənistan tərəfindən mənimsənilməsi siyasətinin müxtəlif tərəfləri araşdırılır.

İki hissədən ibarət olan hesabatın birinci hissəsində Qarabağın mədəni və tarixi irsinin, o cümlədən muzey və mədəniyyət abidələrinin talan edilməsi, həmçinin ərazidə qanunsuz arxeoloji qazıntıların aparılması araşdırılır. Materialın ikinci hissəsində abidələrin “erməniləşdirilməsi” və azərbaycanlılara məxsus irsin saxtalaşdırılması təhlil edilir. Hesabatın bir qismi Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan mənbələrə əsasən hazırlanıb.

Hesabatda həmçinin Almaniyanın Bochum Universitetinin professoru Hans-Yoachim Heintze tərəfindən yazılmış “Silahlı qarşıdurmalar zamanı mədəni irsin qorunması” adlı materialda təsbit olunmuş hüquqi qiymətləndirmədən də istifadə edilib.