Ermənistanın Azərbaycana qarşı hiyləgər siyasətibackend

Azərbaycan xalqı sentyabrın 12-dən 13-nə keçən gecə rəsmi İrəvanın hərbi təxribatları nəticəsində yenə təcavüzə məruz qaldı. Və nəticədə Azərbaycan ordusu 71 şəhid verdi. Əslində Ermənistanın Azərbaycana qarşı yönəlmiş təxribatları nəinki, Azərbaycanda birbaşa regionda sülhün və sabitliyin bərqərar olunmamasına yönəlmişdir. Hətta Ermənistana dəstək verən qüvvələr regionun inkişafını istəməyən dövlətlərdir. Ümumiyyətlə 13 sentyabrda baş vermiş hərbi təxribatlar Cənubi Qafqazda iqtisadi və siyasi gücün aktualığının qarşısını almaq üçün yürüdülmüş çirkin bir oyundur. 13 sentyabr tarixində baş vermiş hərbi insident onu göstərirki, müharibənin yenidən başlanılmasına zərurət yaradır. Ermənistan unutmamalıdırki, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində aldığı zərbənin daha betərini yaşaya bilər. Bu da Ermənistanın dünya xəritəsindən silinməsinə gətirib çıxara bilər. Çünki, biz bir güclü və iradəli xalq olaraq milli həmrəylik gücü daima artmaqdadır. Azərbaycan xalqı hər zaman ordumuzun arxasındadır. Hətta cari ilin 27 iyun tarixində Cənab Prezident İlham Əliyevin Kəlbəcər rayonunda yeni istifadəyə verilmiş “Komando” adlı hərbi hissəsinin açılışında qeyd etmişdirki, “Bu gün dünyada güc strukturu ön plandadır, ona görə də beynəlxalq hüququn norma və prinsipləri işləmir”. 13 sentyabr tarixində baş vermiş hadisələr bir daha onu göstərirki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımların mühüm əhımiyyəti var. Çünki, daim Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü olmuşdur və yenədə davam etməkdədir. Bir tərəfdən də 13 sentyabr tarixində baş vermiş hərbi insident ATƏT-in Minsk qrupunun fəaliyyətinin yenidən başlanılmasına yönəldilmiş bir siyasətdir. Ermənistanın təxribatları, revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalıdır.

Tarix boyu təcavüzlərə, təxribatlara məruz qalsa da Azərbaycan yenə də Beynəlxalq hüququn normalarına riayət etmişdir. Amma Azərbaycandan fərqli olaraq Ermənistan Beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur. Eyni zamanda 13 sentyabr tarixində baş vermiş təxribat Azərbaycanın Avropanı enerji təhlükəsizliyin təmin olunmasının qarşısının alınmasınada yönəldilmiş bir təxribatdır. Çox təssüfki, Ermənistan rəhbərliyi Azərbaycana qarşı çirkin əməllərindən əl çəkmir. Bu çirkin əməllərin bariz nümunəsi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 1 milyondan artıq mina basdırılmasını qeyd etmək olar. Hələ də Ermənistan rəhbərliyi minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməkdən boyun qaçırır. Ona görə də həm beynəlxalq təşkilatlar həm də dünya ictimaiyyəti Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvanda hüquqi məsuliyyət daşımalıdır.

Abbasova Pərvanə

Nəsimi rayon sakini