“Ermənistan destruktiv mövqeyi ilə sülh prosesini əngəlləyir”-Birinci vitse-prezidentinin köməkçisibackend

Azərbaycanla birbaşa danışıqlardan imtina edən və sülh prosesindən yayınmaq üçün istənilən bəhanələrdən istifadə edən Ermənistanın destruktiv mövqeyi ilə sülh prosesini əngəlləyir.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov bildirib.

O açıqlayıb ki, Azərbaycan Ermənistanla beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan sülh sazişi imzalamağı təklif edib və bu prinsiplərdən biri də ərazi bütövlüyünə, suverenliyinə və bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətdir.

“Lakin bir neçə aydır ki, Ermənistan hakimiyyətinin medianın və diasporun imkanları ilə müxtəlif bəhanələrlə dünya ictimaiyyətini çaşdıran destruktiv mövqeyi ilə sülh prosesi əngəllənir”.

Onun sözlərinə görə, Azərbaycan sülhün alternativinin olmadığı qənaətindədir: “Bu iki xalq gec-tez düşmənçilik səhifəsini çevirməli, beynəlxalq hüquqa mütləq hörmət əsasında normal və yaxşı münasibətlər qurmağa çalışacaq”.

Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycan fikir ayrılıqlarının həlli və nəhayət sülh razılaşmasının əldə olunması üçün istənilən vasitəçiliyi alqışlamağa hazırdır: “Biz Ermənistanı beynəlxalq ictimai rəyi manipulyasiya etməməyə, danışıqlar masasına qayıtmağa çağırırıq”.

Fərahim Rəhimov