Ermənistanın hakim partiyası Qarabağla bağlı bəyanata səs vermədibackend

Ermənistan parlamentində hakim “Mülki Müqavilə” partiyasının fraksiyası müxalifətin Qarabağla bağlı hazırladığı bəyanat layihəsinə növbəti dəfə səs verməyib.

“Yeni Gundem” erməni mediasına istinadən xəbər verir ki, Azərbaycanın tənqid edildiyi sənəd gündəliyə daxil edilməyib.

Paşinyanın partiyası bundan əvvəl də oxşar addım atmışdı və bu, müxalifətin tənqidlərinə səbəb olmuşdu.

Fərahim Rəhimov