“Ermənistanın hər hansı təhlükəli addımını hiss etsək, tərəddüdsüz lazımi cavabı verəcəyik” – Ceyhun Bayramovbackend

“Ermənistanın qonşu dövlətlərə qarşı işğalçı siyasətinin və torpaq iddialarının onların özlərinə nə qədər böyük fəlakətlər gətirdiyinin görürlər və görəcəklər. Əminəm ki, gələcəkdə bunların bir daha təkrarlanmaması üçün doğru nəticələr çıxaracaqlar”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya deyib.

O, bu kontekstdə Azərbaycan və Türkiyə liderlərinin mesajlarının son dərəcə əhəmiyyətli olmasına diqqət çəkib.

“Sülh və sabitliyin təmin olunmasına yönəlmiş bu mesajlara Ermənistanın necə reaksiya verəcəyi, hansı yolu seçəcəyi tamamilə Ermənistan hakimiyyətindən asılıdır, bu artıq onların məsuliyyətindədir. Ümid edirik ki, bu düzgün bir seçim olsun. Təəssüf ki, hələ də Ermənistanın revanşist açıqlamalarına şahidlik edir, torpaq iddialarına yönəlik açıqlamalarını eşidirik. Bunlar çox təhlükəli açıqlamalardır. Ermənistan siyasətçilərini daha ağıllı, daha məsuliyyətli hərəkət etməyə çağırırıq. Ermənistan beynəlxalq hüquq uyğun davranmayacağı təqdirdə, Azərbaycana qarşı hər hansı təhlükəli bir addım atdığını sezsək heç tərəddüd etmədən lazımi cavabı verəcəyik. Bizim seçimimiz aydındır: bölgədə sülh və təhlükəsizliyin təmin olunması”.