Ermənistanın keçmiş ombudsmanı: “Paşinyan hakimiyyəti qeyri-legitimdir”backend

“Ermənistanın indiki hakimiyyəti qeyri-legitimdir”.

“Yeni Gundem” erməni mediasına istinadən xəbər verir ki, bu fikri noyabrın 9-da Ermənistanın birinci ombudsmanı, hüquq müdafiəçisi Larisa Alaverdyan səsləndirib.

Alaverdiyana görə, legitimlik təkcə seçkilərin nəticələri ilə müəyyən edilmir. Hüquq müdafiəçisinə görə, legitim hakimiyyət Konstitusiyanın normalarına dəqiq əməl etməlidir.

“Bu normalara əməl etməyən hökumət legitim deyil”, – Alaverdyan məsələyə özünəməxsus izah verib.