Ermənistanın Konstitusiyasına dəyişiklik edilirbackend

Ermənistan Baş naziri Nikol Paşinyan yazda Ermənistanda mütləq Konstitusiya referendumunun keçiriləcəyini bildirib və Mərkəzi Seçki Komissiyasına artıq hazırlıq işlərinə başlamağı tapşırıb.

Bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən yazır.

Mənbə gələn həftə Konstitusiyaya dəyişikliklərlə bağlı komissiyanın yekun mətnlə bağlı müzakirə aparacağını deyib.

“Dəyişikliyin tam mətni ilə bağlı hökumətyönlü hüquqşünaslarla müzakirə aparılıb. Amma bəzi hüquqşünaslar dəvət alsa da, müzakirələrə qatılmayıb, bəziləri isə ilk başdan bundan imtina edib”, – qəzet yazır./APA