“Biz şeytanla da əməkdaşlığa hazırıq”.
Bunu ölkənin müdafiə naziri Suren Papikyan parlamentdəki çıxışında deyib.
O bildirib ki, ordu üçün hər şey etməyə hazırdır: “Əsas odur ki bunun ordumuza faydası olsun. Mövcud problemlərin həlli üçün mən hər şeyi etməyə hazıram”.
S.Papikyan, həmçinin istefası ilə bağlı iddiaların əsassız olduğunu söyləyib: “Mən istefa verməyə hazırlaşmıram. Ordudakı islahatları başa çatdırmaq niyyətindəyəm”.
Nazir onu da qeyd edib ki, İrəvanın mərkəzindəki yeni tikilidən aldığı mənzili qaytarmağa hazırdır.
Report