“Ermənistanın Oxçuçayı zəhərləməsinə İran da münasibət bildirməlidir” – Deputatdan AÇIQLAMAbackend

Son zamanlar müzakirə edilən mövzulardan biri də Oxçuçayın ekoloji terrora məruz qalmasıdır. Belə ki, çay başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından götürməklə Ermənistanın Qafan və Azərbaycanın Zəngilan ərazisindən keçir. Çay Ermənistan ərazisində Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilir. Oxçuçay əslində sənaye tullantılarını Ermənistanın bu bölgəsindən uzaqlaşdıran kollektor rolunu oynayır. Çayın suyu yararsız olduğu üçün burada heç bir canlı yaşamır. Xatırladaq ki, çay Arazın sol qoludur.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar İskəndərov bildirib ki, ermənilərin Azərbaycana qarşı bütün sahələrdə terror hərəkətləri var:

“Onlar Azərbaycana qarşı təkcə müharibə və insan öldürməklə deyil, eyni zamanda ekoloji terrola da öz qara missiyalarını yerinə yetrirlər. Ermənilər ərazilərimizi işğal etikdən sonra orada olan bütün yeraltı və yerüstü sərvətlərimizi sümürməklə məşğul idilər. Oxçuçay Araz çayı vasitəsilə zəhərli maddələr həm Azərbaycanın, həm də İranın əraisinə tökülür. Azərbaycan tərəfi bu barədə İran tərəfini də xəbərdarlıq edib və bu barədə onlar tərəfindən də tədbirlər həyata keçirilməlidir. Göründüyü kimi erməni terroru fasiləsiz şəkildə davam edir. Su ilə gələn bu zəhər həm insanlara, həm də torpaq və heyvanlar üçün çox təhlükəlidir”.

Deputat ekoloji terrora qarşı Azərbaycan tərəfinin gördüyü tədbirlərdən də danışıb. 

“Azərbaycan bu pozuntu haqqında Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər səlahiyyətli qurumlar  səviyyəsində beynəlxalq təşkilatlara, müvafiq orqanlara müraciət edib. Biz bunun üçün bir çox tədbirlər həyata keçirmişik.

Biz parlament olaraq işbirliyində olduğumuz xarici həmkarlarımız, dostluq və işçi qrupları vasitəsilə bu məsələləri Beynəlxalq səviyyədə bütün dünyaya çatdırmağa çalışırıq.  Dünya görməlidir ki,  ermənilər müharibə bitsə də destruktiv əməllərinə davam edirlər. Biz tələb edirik ki, Ermənistanın bu terroru dayandırılsın”.