Ermənistanın oyunu: Rusiya seçim qarşısındadırbackend

“Ermənistan artıq başqa düşür ki, müharibə qaçılmazdır. Onlar indi yeni yollar axtarır. Çünki Azərbaycanla təkbətək müharibənin olması, onsuzda zəif olan Ermənistanın sonunu gətirə bilər”.

Bu sözləri açıqlamasında hərbi ekspert Vüqar Miraslanov deyib. O, hazırda Ermənistanın müharibəyə hazırlıq gördüyünü bildirib:

“İrəvan ciddi şəkildə müharibəyə hazırlaşır. Onlar nə qədər hazırlaşsa da, Azərbaycanla nisbətdə həm orduları, həm silah ehtiyatları qat-qat aşağıdır. Bu baxımdan onların məğlubiyyəti qaçılmazdır. Onlar bunu yaxşı başa düşür və müxtəlif vasitələrlə müharibədə qalib gəlmək üçün çıxış yolları axtarırlar. Bu çıxış yollarından birincisi Rusiyanı müharibəyə cəlb etməkdir. Onların xilas yolu yalnız budur – Azərbaycanı iki cəbhədə müharibəyə çəkmək. Bununla da Azərbaycanı məğlub etmək niyyətindədirlər”.

Hərbi ekspert Rusiyanın Ermənistanın oynuna gəlməyəcəyini bildirib:

“Rusiya Ermənistanın oyununu başa düşür və hazırki məqamda soyuqqanlı davranır.  Çünki Rusiya açıq şəkildə Ermənistana dəstək olarsa, bu, Azərbaycanı tam şəkildə itirməklə nəticələnə bilər. Əlbəttə ki, Rusiya da bunu heç vaxt istəməz. Lakin, Rusiya Ermənistanı da itirmək istəmir. Bu baxımdan, hesab edirəm ki, vəziyyət bu həddə çatarsa, rəsmi Moskva nə yolla olur olsun müharibəni dayandırmağa çalışacaq”.Redaktor.az