Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradırbackend

Ermənistan dövləti ,ermənilər əsrlərdir sadəcə  Azərbaycan və türklər üçün deyil , ümumiyyətlə bütün  bölgə və bölgə xalqları üçün bəladır.Hər zaman başqa xalqların torpagina , milli-mənəvi dəyərlərinə göz tikən özgə malını özələşdirən bir toplumdur.2-ci Qarabağ müharibəsindən sonra kaptulasiya aktını imzalayan erməni tərəfi müharibədən iki il keçmədən bəyanatın bütün şərtlərini kobudca pozmağa başlayıb və pozmağada davam edir.Hər zaman öz mənfur üzünü göstərən düşmən,öz çirkin əməlindən əl çəkmir və yenə mülki şəxsləri hədəf almaga çalışır .Sentyabrin 12-13  keçen gecə atəşkəsi kobudca pozan Ermənistan tərəfinə  Rəşadətli Ordumuz layiqincə cavab verdi. Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycanın 71 igidi şəhid oldu. O 71 igid də daxil olmaqla Ordumuz ermənilərə sözün əsl mənasında növbəti dərs verdi. Azərbaycan Ordusu üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla icra etdi, məqsədlərə nail oldu. Bir daha Ordumuzun gücünün, əsgər və zabitlərimizin hazırlıq səviyyəsini gördük, fəxr etdik.Erməni tərəfi  çox sayda itkin ,yaralı və əsir verərək geri çəkilmək məcburiyyətində qaldı.Ön xəttdə məğlub olan Ermənistan sanki atəşkəsi Azərbaycan ordusu pozurmus kimi dünyaya çatdırmağa çalışdı.Bir deyim var el gözü tərəzidir.Bu gün Ermənistan sadece Azərbaycan üçün deyil bütün dünya üçün təhlükədir.Vəhsicə körpə uşaqları qətl edən,işgəncə verərək bundan həzz alan bir ölkənin ordusundan hansı humanist addımı gözləmək olar ? Ermənistan həqiqətən sülhmü istəyir? Ordumuz hər zaman cavabların verməyə hazırdı .Yaratdıqları hər təxribatın qarşısı qətiyyətlə alınır və alınacaq da .Allah əsgərimizi, xalqımızı, dövlətimizi qorusun.!!!

Xəlilova Sərvinaz

Azərbaycan Dövlət Pedaqoji Universiteti