Ermənistanın revanşist siyasətinin iflasıbackend

Ermənistanın revanşist siyasətinin iflası

Uzun müddət idi ki, Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir və 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın müddəalarının icrasından boyun qaçırırdı. Ermənistanda revanşist ab-hava qızışdırılırdı, “torpaqların qaytarılması”, “Qarabağın müstəqilliyinin təmin edilməsi” və s. bu kimi iddialar süni şəkildə stimullaşdırılırdı.

Ermənistan hakimiyyəti ordunu bərpa etmək istiqamətində iş aparır, Rusiya, ABŞ, Avropa ölkələrindən silah alınması və ordunun təchizat məsələlərinin həlli istiqamətində tədbirlər görürdü. Hakimiyyət öz çirkin ənənəsinə sadiq qalaraq, Qarabağa hərbçilər və silah göndərir, orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər edir eyni zamanda ölkəmizlə sərhəddə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı.

Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Vladivostokda keçirilmiş forumda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi və bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu.Bütün bu tədbirlərə nəzər yetirsək,  Ermənistanın uzun müddət revanşa hazırlaşdığından və bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaratdığından xəbər verdiyini görə bilərik.Erməni siyasətinin hiyləgərliyi sayəsində,düşməndən təmizlənən ərazilərimizin minalanması səbəbi ilə müharibədən sonra itkilərimiz davam edib. Belə ki, 10 noyabr Bəyanatından sonra ermənilərin mina terroru nəticəsində indiyədək 100-dən çox mülki vətəndaş minaya düşüb, on­lardan 32 nəfər həlak olub. Eyni zaman­da, 124 hərbçi minaya düşüb, onlardan 7-si həyatını itirib, 117-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Bütün bunlarla azmış kiimi,hələ də öz çirkin əməllərindən əl çəkməyərək, sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətmişdirlər.Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb.Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir.

Azərbaycan dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edib, həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib və Ermənistan hakimiyyətini bu cəhdlərin onun özü üçün ağır nəticələrə gətirib çıxaracağı barədə Ermənistan hakimiyyətini xəbərdar edib.

Qeyd edə bilər ki,erməni revanşizmi daim Azərbaycanla Ermənistan arasında mövcud ziddiyyətləri kəskinləşdirməyə, yaranan uçurumu daha da dərinləşdirməyə can atıb. Bütün bunlar Ermənistanın mahiyyətinin dəyişməz olduğundan, münaqişənin dinc vasitələrlə tənzimlənməsinə maraq göstərmədiyindən, işğalçılıq siyasətini davam etdirməkdə israrlılığından xəbər verib.

Biz Azərbaycan xalqı olaraq,milli birliyimizi,həmrəyliyimizi vətənə sevgi,vətənə bağlılıq hissimizi “44 günlük” Vətən müharibəsində bütün dünyaya sübut etdik.Haqlı olaraq qeyd edə bilərik ki, Azərbaycan heç zaman öz əzəli torpaqlarında təxribat və gərginlik törədilməsi ilə  razılaşmayacaq mənfur düşmənin cavabını lazımınca verməkdə davam edəcəkdir.

Mirzəyeva Aytac

Bakı Slavyan Universiteti