“Ermənistanın sülhə məcbur etmə əməliyyatının yeni mərhələsi olmalıdır “- Aydın Quliyevdən açıqlamabackend

“Qisas” əməliyyatı və Brüssel üçtərəfli görüşündən sonra Ermənistanın yenidən sərhədlərdə atəşkəsin pozması ,narahatlıqlar yaşatması səbəbsiz deyil .Bunlar bir daha sübut edir ki,Ermənistan davamlı və hərtərəfli sülh sazişinin imzalanmasında maraqlı deyil .

Bu sözləri Yeni Gündəm”ə açıqlamasında politoloq Aydın Quliyev bildirdib.

Aydın Quliyev eyni zamanda Brüsseldən qayıdan Paşinyanınsülh razılaşmalarını qəbul etməsinə baxmayaraq,dövlətrəsmiləri ATƏT in Minsk qrupunu gündəmə gətirdikləriniaçıqladı .

“Brüsseldə danışıqlarda razılaşan Ermənistan rəsmiləri öz ölkəsinə qayıdan kimi köhnə ab -havanı bərpa edirlər .Təkcə bir neçə faktı qeyd etmək lazımdır ki,Brüsseldə əldə edilmiş razılaşmalara zidd olaraq ,Ermənistanın nə qədər pozuntu fəaliyyət göstərdiyinə əmin olaq .Görüşdən dərhal sonra Paşinyan rəsmi bəyanat verərək bildirdi ki,biz sülh gündəliyini qəbul etmişik ,sülh məsələlərinin həll olunması üçün sadəcə iradə lazımdır .Amma onun ardınca Təhlükəsizlik Şurasının katibi Qriqaryan açıq şəkildə bəyanat verərək bildirdi ki , Azərbaycanın təklif etdiyi sülh sazişi qeyri adi deyil .Bunlar sülh sazişinin gündəliyini tam şəkildə əhatə etmir .Biz ATƏT in Minsk qrupunun həmsədrlərinə müraciət etməknən sülh gündəmini tamamladıq .Bundan sonra danışıqlar bu formatda davam edə bilər .Bununlada Ermənistan yenidən ölmüş Minsk qrupunu ortaya qoyur .10 noyabr və ondan sonra imzalanmış sənədlərin icra olunması əvəzinə Ermənistan ölmüş qurumların dirildilməsi ilə məşğuldur .

Siyasətçi Qondarma rejimdə son günlərdə baş verənləridə şərh etdi .

“2 sentyabr da Qondarma rejimdə müstəqillik bayramının qeyd olunması ,və erməni rəsmilərinində bu bayramda iştirak etməsi pozucu əməldir .Həmin gün Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı isə daha dözülməz və qeyri-məqbul olan bir mövqedir.Bəyanatda açıq şəkildə dedilər ki,”DağlıqQarabağ ərazi vahidi bir vahid olaraq mövcuddur.Orada 120 min erməni yaşayır .Dağlıq Qarabağ ermənilərinin status məsələsi bizim üçün həmişə önəmli olacaq.”

Bütün bunlar onu deməyə əsas verir ki,Ermənistanın sülhə məcbur etmə əməliyyatının yeni mərhələsi olmalıdır .Nə qədər ki belə pozucu addımlar atılırsa ,hərtərəfli sülhdən danışmaq çox tezdir “

Fərahim Rəhimov