“Ermənistanın xarici təhlükəsizliyinin əsası Rusiya ilə hərbi ittifaqdadır” – Paşinyanbackend

“Ermənistanın xarici təhlükəsizliyinin əsası Rusiya ilə hərbi ittifaqdadır”.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.

“Ermənistan öz təhlükəsizliyini necə təmin etməlidir? Biz vurğulamalıyıq ki, Ermənistanın xarici təhlükəsizliyinin təməli Rusiya ilə hərbi ittifaqdadır və bu ittifaq imzalanmış müqavilələrlə müəyyən edilib. Bu kontekstdə Ermənistan-Rusiya ortaq qüvvələrinin formalaşması və hava hücumundan vahid müdafiə sisteminin yaradılması bizim üçün praktik əhəmiyyətə malikdir. Bu iki sistemin məntiqinə əsasən Ermənistana hücum Rusiyaya hücum deməkdir”.

N.Paşinyan əlavə edib ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının imkanlarının genişləndirilməsi və bu bazanın Sünik bölgəsində bir bölməsinin yaradılması müzakirə edilir.

“Bu müzakirələr çox səmərəlidir. Belə olan halda Rusiya sərhədçiləri Sünikdəki dövlət sərhədinin qorunmasında iştirak edəcək”, – deyə Ermənisnanın Baş naziri əlavə edib.