Ərsin Tatar: “Bu halda masaya oturarıq, əks halda…”backend

“Heç kim bizdən dövlətimizdən əl çəkməyimizi, Şimali Kipr Türk Cümhuriyyətini qurban verməyimizi gözləməsin və heç kim bizi Cənubi Kipr Cümhuriyyətinə konstitusiya dəyişikliyi ilə yamaq etməyə çalışmasın”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar deyib.

Onun sözlərinə görə, bərabərlik və müstəqilliyə əsaslanan bir razılaşma olarsa masaya oturulacaq:

“Biz belə bir şeyi qəbul etməyəcəyik. Əgər onlar bizim suverenliyimizi, müstəqilliyimizi qəbul etməsələr, belə bir müqavilədə imzamız olmayacaq. Türkiyənin Şərqi Aralıq dənizində hüquqlarını təmin edən, eyni zamanda, suverenlik, bərabərlik və müstəqilliyə əsaslanan bir razılaşma olarsa, bu halda masaya oturarıq. Əks halda, heç bir müqavilə imzalamayacağıq”.