Ersin Tatar: “Kıbrıslı Türklərin təhlükəsizliyi və azadlığıdan əsla güzəşt olmayacaq”backend

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar TV Net-in canlı yayımında Nyu-Yorkda keçirdiyi görüşlər barədə danışıb.

“Yeni Gündəm” xəbər verir ki, Ersin Tatar Kıbrıslı Türklərin bu günlərə gəlmələri üçün böyük bir bədəl ödədiklərini ifadə edərək, Kıbrıslı Türklərin təhlükəsizlik və azadlıqlarından heç vaxt güzəştə getməyəcəklərini vurğulayıb.

Ersin Tatar Nyu-Yorkda istifadəyə verilən Türk Evinin açılışından məmnunluğunu dilə gətirib və açılışda başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bir çox rəsmi şəxslərlə görüşmək fürsəti olduğunu bildirib. Prezident Türkiyə siaysətinin son dönəmdəki aktiv xarici siyasət həmlələrinin simvollarından birinə çevrilən Türk Evinin açılmasında əməyi keçən hər kəsə təşəkkür edib.

Türk Evinin açılışına qatılan Başpiskopos Elpidoforosa qarşı rum-yunan rəhbərliyinin hücumlarını dəyərləndirən Ersin Tatar rum və yunan tərəfinin dözümsüzlüyünü tənqid edərək, bu zehniyyətlə bir həll yolu tapmağın çətinliklərindən danışıb.

Kıbrıslı Türklərin adada ən azı rumlar qədər bərabər və suveren bir xalq olduğunu, rumlar tərəfindən qəbul edilməməsi durumunda anlaşma əldə etməyin mümkün olmadığını BMT Baş katibinin önündə də dilə gətirdiyini qeyd edən Ersin Tatar BMT-də dövləti və severenliyi müdafiə etdiyini deyib.

Ersin Tatar yeganə suverenliyin olduğu federasiyanın Kıbrıslı Türkləri azlığa düşürərək, Türkiyəni adadan uzaqlaşdıracaq bir oyun və eqoist bir siyasətin məhsulu olduğunu və bir neçə konstitusiya dəyişikliyi ilə “federasiya” qiyafəsi altında rum dövlətinə dönən Kipr cümhuriyyətinin davamının rum tərəfinin arzu etdiyini xüsusi vurğulayıb.

Bugünkü vəziyyətə çatmaq üçün böyük bir bədəl ödədiklərini vurğulayan Prezident Tatar, Kipr Türklərinin təhlükəsizlik və azadlıqlarından heç vaxt güzəştə getməyəcəklərinə diqqət çəkib.