Ersin Tatar Nyu-Yorkdan mesaj verdi: “Hədəfimiz Kıbrısda ədalətli və davamlı bir anlaşmaya nail olmaqdır”backend

Quzey Kıbrız Türk Cümhuriyyətinin Prezidenti (QKTC)Ersin Tatar Antalya Jurnalistlər Cəmiyyəti tərəfindən təşkil edilən “Mətbuat Yayımı və Jurnalistika Nailiyyəti Mükafatları” mərasiminə Nyu-Yorkdan təbrik məktubu göndərib.

“Yeni Gündəm” xəbər verir ki, Ersin Tatar təbrik məktubunda mükafatlandırma mərasiminə qatıla bilməyəcəyini ifadə edib.

“Ana Vətən Türkiyənin dəstəyi ilə Nyu-Yorkda QKTC-nin və Kıbrıs Türk xalqının hüquq və mənafelərini qorumaq üçün mübarizəmizi qətiyyətlə davam etdiririk”,-deyə məktubda bildirilir.

Cenevrədə danışıqlar masasına təqdim etdiyi və Türkiyənin dəstəklədiyi iki suveren, bərabər dövlətin varlığına əsaslanan həll təklifindən geri çəkilməyəcəklərini vurğulayan Ersin Tatar məktubuna belə davam edib:

“Kiprdə iki ayrı xalq, iki ayrı dövlət var. Ən böyük zəmanətimiz Ana Vətən Türkiyənin qrantörlüyü ilə Türk əsgərinin Kıbrısda varlığıdır. Bunlardan imtina etməyimiz mümkün deyil. Federal əsaslı bir razılaşmanın mümkün olmayacağı gerçəyi ortada durarkən, Kıbrısın  və bölgənin xeyrinə ən real həll bərabər suverenliyə malik iki ayrı dövlətin mövcudluğuna əsaslanır.

Hədəfimiz Kıbrısda ədalətli və davamlı bir anlaşmaya nail olmaqdır. Ümidim Kipr rum tərəfinin barışmaz münasibətinə son qoyaraq razılığa gəlməsidir.
Bir daha deyirəm, dövlətimizdən, suverenliyimizdən əl çəkməyəcəyik, yunanların azlığı olmayacağıq. Milli işimizdə hər zaman yanımızda olan Antalya Jurnalistlər Cəmiyyətinin rəhbərlərini və bütün üzvlərini bir daha salamlayıram”.