“Ərzaq qiymətlərinin artmasına səbəb müharibədir”backend

“Ərzaq qiymətlərinin artmasına səbəb nə NATO, nə də sanksiyalardır. Buna səbəb Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibədir”.

Bunu Baş katib Yens Stoltenberq NATO Sammiti çərçivəsində İctimai Forum – İqlim və Təhlükəsizlik üzrə Yüksək Səviyyəli Dialoqda bildirib.

“Mən tam başa düşürəm ki, artan ərzaq qiymətləri Afrikanı, Yaxın Şərqi dərindən narahat edir. Lakin bir daha deyirəm: ərzaq qiymətlərinin artmasına səbəb nə NATO, nə də sanksiyalardır. Buna səbəb Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibədir və nöqtə. Əgər Putin müharibəni dayandırsa və ya ən azı imkan versə, Ukrayna gəmiləri sahildən çıxaraq Ukrayna taxılını qlobal bazara çıxarsın, bu, ərzaq qiymətlərini aşağı salacaq”, – NATO Baş katibi deyib.

O qeyd edib ki, NATO müttəfiqləri müxtəlif yollarla bu problemi həll etməyə çalışır, xüsusilə də Türkiyə, Prezident Ərdoğan həll yolu tapılması üçün müxtəlif təşəbbüslərlə çıxış edir. Həmçinin quru yolu ilə Avropa ölkələri vasitəsilə taxılın qlobala bazara çıxarılması üçün işlər görülür, təbii ki, logistik problemlər, daşınan taxılın miqdarı ilə bağlı çətinliklər var.