Əsəd 37 il sonra qayıtdı – Dünya şokdabackend
Bəşər Əsədin əmisi Rüfət Əsədin 37 il sonra Şam şəhərinə qayıtdığı iddia edilir.
Məlumatı Suriyadakı Əsəd rejimi ilə yaxından əlaqəli olan “Vətən” qəzeti təsdiqləyib.
Məlumata görə, Şam şəhərinə qayıdan Rüfət Əsəd Suriyadakı rejimdə heç bir vəzifə tutmayacaq.
Xatırladaq ki, Rüfət Əsəd 1984-2016-cı illərdə Suriyanın dövlət vəsaitlərini mənimsəməsindən sonra Fransada qanunsuz olaraq qaçaqmalçılıq, rüşvətxorluq və vergidən yayınmaqda ittiham olunub.
Bu səbəblə o 14 il azadlıqdan məhrum edilib.