Əsəd neft oğurluğuna görə ABŞ-dan təzminat tələb edəcəkbackend

“Mən BMT qarşısında Suriya neftinin oğurlanması məsələsini qaldıraraq ABŞ-dan təzminat tələb edəcəm”.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd “RİA Novosti” və “Rossiya 24” telekanalına müsahibəsində deyib.

Eyni zamanda, o, BMT-ni güc prinsipinə əsaslanan dəstələr tərəfindən idarə olunan yarı dövlət olaraq xarakterizə edib:

“Əlbəttə ki, mən, siz və dünyada bir çoxları bilirik ki, BMT mövcud deyil. Ona görə də beynəlxalq qanun yoxdur. Hazırda meşəyə bənzər bir dünyada yaşayırıq, indi o, II Dünya Müharibəsindən əvvəlki dünyaya daha yaxındır. Buna görə biz şikayət edəcəyik, lakin bilirik ki, onlar rəflərdə qalacaq”, -deyə Əsəd bildirib.

Qeyd edək ki, Suriya neft hasilatının 90 faizi əvvəllər İŞİD terrorçularının məskunlaşdığı Fərat çayının şərq sahilində cəmləşib və indi əsasən ABŞ-ın müttəfiq kürd bölmələri olan “Suriya Demokratik Qüvvələri”nin (SDF) nəzarətindədir.