“Əsgərə Xatirə Kitabı” layihəsi fəxri qonaqların iştirakı ilə şəhid ailəsini ziyarət etdi – FOTOLARbackend

Türkiyənin Azərbaycandakı sabiq səfiri və Türkiyədən gəlmiş digər qonaqlar şəhid məzarını və ailəsini ziyarət ediblər. 

“Əsgərə Xatirə Kitabı” layihəsi çərçivəsində qardaş Türkiyənin ölkəmizdəki sabiq səfiri, diplomat Hulusi Kılıç və  Respublikamızı  Türkiyədə layiqincə təmsil edən, telejurnalist, ictimai fəal Səidə Ömər bu gün Sumqayıt şəhərində olublar.
“Əsgərə Xatirə Kitabı”nın layihə rəhbəri Nuranə xanım Şıxəliyeva fəxri qonaqlarla birlikdə əvvəl II Qarabağ müharibəsinin şəhidi, “Vətən müharibəsi qəhramanı” Ramiz Səfərovun Sumqayitdakı abidəsini ziyarət etdikdən sonra qəhrəmanımızın ailəsinə baş çəkmişlər. Ailə üzvlərinin sosial problemləri, təhsilləri ilə maraqlanan qonaqlar sonda şəhid ailəsi ilə xatirə şəkli çəkdirdiblər.