Əsgərlərin kürəyinə “Şəmkir” yazaraq salam göndərilməsi hadisəsi ilə bağlı açıqlamabackend

Dövlət Sərhəd Xidməti (DSX) sosial şəbəkələrdə yayılanvideogörüntülərə aydınlıq gətirib.

DSX-nın mətbuat xidmətindən bildirilib ki, yayılan görüntülər ötən il işğaldan azad olunmuş ərazilərdən birində çəkilib.Hazırda DSX rəisinin göstərişi ilə araşdırmalara başlanılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda hərbi hissələrdən birində iki hərbçinin digər əsgərlərin kürəyinə “Şəmkir” yazaraq salam göndərdikləri əksini tapıb.