Əslən Zərdabdan olan gənc fəal deputatlığa namizəd oldubackend

Əslən Zərdabdan olan gənc fəal  Seymur Bayramov  92-saylı Zərdab-Ucar seçki dairəsinin Dairə Seçki Komissiyası  tərəfindən namizədliyini rəsmiləşdirilib.

Zərdab rayonunun Körpükənd kəndindən olan Bayramov Seymur Azər oğlunun bioqrafiyası  haqıında qısa məlumat verək.
Bayramov Seymur Azər oğlu 1989-cu il 14 May tarixində Bakı şəhərində anadan olmuşdur. 2012-ci ildə Qafqaz Universitetinin Hüquq Fakültəsinin Regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisası üzrə Bakalavr üzrə məzun olmuşdur.
2009-cu il aprel ayında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən hazırlanan yeni təhsil haqqında qanun layihəsinə yeni təkliflərin verilməsi məqsədi ilə təkliflər planının hazırlanması layihəsində sorğu və müzakirələrin keçirilməsini təşkil etmişdir.
2009-cu il noyabr ayında Prezident Yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Cənubi Qafqazda təhlükəsizliyə əngəllər: Mövcud həqiqətlər və regional inkişafın gələcək perspektivləri” təşkilat komitəsində çalışmışdır.
2010-cu il may ayında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə maarifləndirici layihələrin icraçısı, təcrübə proqramında iştirak etmişdir.
12-15 avqust 2010-cu ildə Moskva, Avropa Şurası, Rusiya Gənclər Mədəniyyət və İdman Nazirliyi, Rusiya Gənclər Təşkilatları Milli Şurası, Rusiya İqtisadi İnkişaf Nazirliyi, Avropa Şurası Gənclər Direktoratlığının təşkilatçılığı ilə “Gənclər Dialoqu” Sammitində Azərbaycanı təmsil etmişdir.
15-17 oktyabr 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Sənaye və Enerji Nazirliyi, Troy Universiteti, TİKA, TUSİAB tərəfindən təşkil olunmuş “Qafqaz və Mərkəzi Asiya Qloballaşma Prosesində İqtisadi və Beynəlxalq Münasibətlər Konqresi”-nin işində səmərəli fəaliyyətin verdiyi töhfələrə görə təltif olunmuşdur.
30 iyul 2010-cu ildə Avro-Atlantika Gənclər təşkilatı, Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyi, Almaniya Xarici Mədəniyyət Əlaqələri üzrə İnstitut, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Sülh və ya Qələbə: münaqişəyə baxış” beynəlxalq təlim kursunda iştirak etmişdir.
2-3 dekabr 2010-cu ildə Robert- Bosch- Stiftung, Konrad- Adenauer- Stiftung Beynəlxalq fondları tərəfindən “3-cü Beynəlxalq Cənubi Qafqaz Təhlükəsizlik Forumu, Azərbaycan və Şərq Tərəfdaşlığı” layihəsinin iştirakçısı olmuşdur.
1 aprel 24 may 2011-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Məsləhət Şurası tərəfindən “1-ci Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modeli “nin qalibi olmuş və fəxri diplomla təltif olunmuşdur.
11-17 iyul 2011-ci ildə Tuzla Bələdiyyəsi, Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı, Sabancı Universitetinin İstanbulda birgə təçkilatçılığı ilə “1-ci Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatının Baş Assambleya Modeli”nin qalibi və fəxri diplomçusu olmuşdur.
15-21 may 2012-ci ildə Türkiyə Cümhuriyyəti Gənclər və İdman Nazirliyinin dəvəti ilə 30-cu Beynəlxalq Gənclik Həftəsində Azərbaycanı uğurla təmsil etdiyi üçün “Təşəkkür” diplomu ilə təltif olunmuşdur.
2015-ci ilin yanvar ayından 2017-ci ilin yanvar ayına qədər ərzində AZGROUP Holding Aztexnika şirkətində bütün beynəlxalq brendlər üzrə satış koordinatoru daha sonra şirkətin satış, marketinq və korporativ əlaqələrinin qurulmasında uğurlar əldə etdiyinə görə, 2017-ci il yanvar ayından 2017-ci ilin oktyabr ayına qədər Holdinqə daxil olan AzTransportA, AzTikintiyol, AzUniversal Motors, Aztexnika LTD şirkətlərinin Biznes İdarəetməsi Departamentində baş məsləhətçi kimi çalşımışdır. Qeyd olunan dövrdə Aztexnika LTD MMC Cənub Qafqaz Qaz Dəhlizi layihəsinin genişləndirilməsi layihəsi zamanı layihə rəhbəri kimi tərəfdaşlığın uğurla davam etməsində fəaliyyət göstərmişdir.
– 2017-ci il oktyabr ayından etibarən Zərdabi LTD MMC şirkətində Kommersiya Məsələləri üzrə Direktor kimi iş fəaliyyətimi davam etdirir.
– Wharton Universitetinin Müştəri Analitiki kursunu.
– Beynəlxalq Bizness İdarəetmə İnstitutunun Strateji İdarəetmənin əsasları, Liderlik və Komanda quruculuğu, Marketinqin əsasları, İqtisadiyyatın əsas prinsipləri, Strategiya və Əməliyyat təlim kurslarını
– Kopenhagen Biznes Məktəbinin Strateji İdarəetmə kursu
– ESSEX Biznes məktəbinin Strateji Biznes Analitiki təlim kurslarını bitirmişdir.
10-17 sentyabr 2018-ci ildə Budapeşt Praqa Bizness proqramı layihəsində uğurla iştirak etmişdir.
2019-ci ilin mart ayının 25-dən 20 Aprel 2019-cu ilə kimi Amaniyanın Hamburq şəhərində GİZ, Almaniya Federativ İqtisadiyyat və Sənaye Nazirliyi, KOBİA, İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Biznes İdarəetmə Beynəlxalq təlim tədris kursunda uğurla iştirak etmişdir.
2019-cu il oktyabr ayında Berlində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin forumda çıxışı zamanı səsləndirdiyi Qarabağ Azərbaycandır və Nida! mövqeyinə dəstək olaraq Almaniya Parlamentinin binasında xarici vətəndaşların iştirakı ilə video-çarx hazırlayıb sosial şəbəkə və saytlarda paylaşım etmişdir.
Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır və yazır, fransiz dilini isə qismən bilir.
Ailəlidir, 2 övladı var.

Süleyman Tanrıverdiyev.