“Əsrlər boyu Azərbaycan və yəhudi xalqları bir-birinə hörmət etməklə birgə yaşayıblar” – Millət vəkilibackend

Azərbaycanın İsraildə səfirlik açması iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə gətirib çıxaracaq. Əsrlər boyu Azərbaycan və yəhudi xalqı bir-birinin dininə, dilinə, mədəniyyətinə hörmət nümayiş etdirməklə birgə yaşayıblar.İki ölkə arasında çox böyük dostluq münasibəti formalaşıb.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Millət vəkili Cavid Osmanov bildirib.

O qeyd edib ki, Azərbaycan və İsrail arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur.

“Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətlərin daha da möhkəmlənməsinə ,əlaqələrin qurulmasına ,əməkdaşlıq platformalarına mühüm töhfə verəcək.Bu tarixi hadisə iki ölkə münasibətlərini daha da möhkəmləndirəcək, dövlətlər və xalqlar arasında münasibətlərin inkişafı və genişlənməsinə xidmət edəcək”,-deyə deputat vurğulayıb.

Fərahim Rəhimov