Estoniyada “Heydər Əliyev İli” münasibətilə poçt markaları çap edildibackend

Estoniyanın Dövlət Poçt Xidməti (Omniva) tərəfindən “Heydər Əliyev İli” münasibətilə poçt markaları çap edilib.

Azərbaycanın Estoniyadakı səfirliyindən bildiriblər ki, üzərində eston dilində “Haidar Alijevi aasta – 100” (Heydər Əliyev İli – 100) yazısı əks olunan poçt markaları Estoniyada rəsmi dövriyyəyə buraxılıb.