Etik müvəkkilin fəaliyyət istiqamətləri açıqlandıbackend

Dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olacaq etik müvəkkilin fəaliyyət istiqamətləri məlum olur.

Bu, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əlavə edilmiş yeni maddəyə əsasən, etik müvəkkil aşağıdakı fəaliyyətləri yerinə yetirəcək:

– Bu qanunla müəyyən edilmiş etik davranış qaydalanına əməl olunması vəziyyətini öyrənir, etik davranış qaydalanının pozulmasına şərait yaradan halları təhlil edir və onların aradan qaldırılması ilə bağlı dövlət orqanının rəhbərinə təkliflər və tövsiyələr verir;

– Dövlət qulluqçularından və digər şəxslərdən etik davranış qaydalarının pozulması ilə bağlı daxil olan müraciətlərə baxır,

– Daxil olan müraciətlərdən irəli gələn məsələlərin həlli üzrə dövlət orqanının rəhbərinə təkliflər, tövsiyələr və təqdimatlar verir,

– Dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı maarifləndirilməsi üçün tədbirlər görür, o cümlədən etik davranış qaydalarının tətbiqi ilə bağlı təlim proqramlanını hazırlayır və təlimlərin təşkilində iştirak edir,

– Etik davranış qaydalanının pozulmasının qarşısının alınması profilaktik tədbirlər görür, etik davranış qaydalarının pozulması faktları üzrə dövlət orqanının rəhbərinə məlumat verir;

– Dövlət qulluqçulanının etik davranış qaydaları ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verir.