ETSN əməkdaşına odlu silahdan atəş açan şəxs saxlanıldı – YENİLƏNDİbackend

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşına odlu silahdan atəş açan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

O bildirib ki, Qazax rayonunda 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının odlu silah vasitəsilə xəsarət alınması ilə bağlı müraciətlə əlaqədar araşdırmalar davam etdirilir.

Faktla bağlı rayon sakini F. Mustafayev saxlanılaraq rayon polis şöbəsinə gətirilib və izahatı alınıb.

Hazırda araşdırmalar Rayon Prokurorluğunda davam etdirilir.

***

16:35

Daxili İşlər Nazirliyi Ağstafaçay su anbarında Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşına odlu silahla atəş açılmasına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, sözügedən məsələ ilə bağlı ilkin olaraq araşdırma aparılıb daha sonra davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.

Qeyd olunub ki, 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının yaralanmasına gəlincə, ilkin baxışda nə əməkdaşın özündə nə də geyimində hər hansı bir odlu silah aşkarlanmayıb: “Hər bir halda iddialar araşdırma predmetidir, ekspertiza və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.