ETSN: Yağışlar havaya müsbət təsir göstərdibackend

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, ölkə üzrə atmosfer havasında həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarı norma daxilində olub.

“Yeni Gündəm” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib ki, ölkə ərazisində havanın yağıntılı keçməsi hava keyfiyyətinə öz müsbət təsirini göstərib.