“Eurohome”da yanğın – Videobackend

Bakıda səhər saatlarında yanğın baş verib.

“Yeni Gundem” xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunda yerləşən “Eurohome” Ticarət Mərkəzində qeydə alınıb.

Qeyd edək ki, “Eurohome”da tikinti materialları satılır.

***
Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, nazirliyin “112”  qaynar xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.