Ev almaq istədi, “səhvən” məhəlləni aldıbackend

ABŞ-ın Nevada ştatında yaşayan bir qadın $594 min 481 ödəyərək ev almaq istəyərkən “səhvən” məhəlləni alıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. Sənədləşmə zamanı buraxılan səhvə görə qadın 84 ev və 2 torpaq sahəsinə sahib olub.

“The Reno Gazette Journal” adı açıqlanmayan qadınla əlaqə saxlayıb. O, Reno şəhərinin şimal-şərqində bir ev almaq istədiyini bildirib və “şərh yoxdur” (no comment) cavabını verib.

Səlahiyyətli şəxslər sənədlərdə böyük bir səhv olduğunu tez anlayıblar, lakin qadının təsadüfən sahib olduğu 84 ev və 2 torpaq sahəsindən imtina edib-etməyəcəyi məlum deyil.

Ekspert Cori Burke bunun Las-Veqasda yerləşən “Westminster Title” şirkətinin hərf səhvinə görə ola biləcəyini deyib: “Belə görünür ki, “Westminster Title” Las-Veqasdakı başqa bir transferin qanuni bəyanatı kopyalayıb yapışdırıb. Bu vəziyyəti maraqlı hala gətirən isə qeyd olunan rəqəmlərin yüksək olmasıdır”.

Qeyd: Foto Associated Press-ə məxsdudur.

qaynaq