“Evdə qaz işlətmək üçün dövlətə vergi verəcəm?” – Pərvinbackend

Aktrisa Pərvin Abıyeva komunal xidmətlərdən gileylənib.

Sənətçi qaz və işıq pulunu son günlər çox ödədiyini deyib. O bildirib ki, komunal xidmətləri çox bahadır:

“Komunaldan şikayətçiyəm. İşıqpulu çox gəlir. Yayda 3 ay bağda yaşadım. Evdə ancaq soyuducu işləyirdi. Gəldik ki, 1 aya 30 manat pul yazıb. Deyirəm ki, bir soyuducu 30 manat yazar? Necə ola bilər? Hələ qaz qurtarıb, deyirəm ki, yenicə 50 manat vurmuşam, necə olub? Mühafizəçiyə deyirəm ki, 50 manatı götürün vurun karta. Cavab verir ki, bilirsiz də, 25 manat karta yüklənir, 25 manat dövlətin hesabına gedir. Necə? Mən evdə qaz işlətmək üçün dövlətə vergi verəcəm? Ya mən geridə qalmışam qanunlardan xəbərim yoxdur, ya da…

Limiti keçməyim mümkün deyil. Hər zaman artıqlaması ilə qaza pul vururam. 2 günə bitdi? 2 günün içində limiti keçdim? İşıqla da, qazla da problem yaşayıram. Bir ayda bəlkə 3 dəfə qaza pul vurmuşam. İki ay əvvəl 50 manatı 1 aya işlədirdim, indi elə deyil. Bu kasıb yazıq nə etsin? Necə evi isitsin, yatsın, yemək bişirsin? Qışda soyuqdan küçəyə çıxmaq mümkün deyil. Kasıb insanları nəzərə almaq lazımdır. Olanı, olmayanı var. Olmayan nə etsin? Ölsün?”.