Evindən oğurluq oldu, 10 minini qaytardılar – Azərbaycanlı aktrisa – VİDEObackend

Aktrisa Çimnaz Sultanova evindən edilən oğurluq barədə danışıb.

Lent.az-a açıqlama verən aktrisa bildirib ki, oğurluqda ittiham etdiyi Əlixanova Zərif Vaqif qızı onun pulunun bir hissəsini geri qaytarıb:

“Düz 3 ildir ki, bu problemdən əziyyət çəkirəm. Evimdə oğurluq olub. Oğurluq edənin kimliyini də açıqlamışam. Zərif Əlixanova. “Lider” kanalında çalışırdı. Prodüser vəzifəsində. Bu iş hazırda Bakı şəhər Baş Polis İdarəsindədir. Bu xanım hər şeyi boynuna alıb və öz əliylə yazıb. Mənim yerimə kim olsaydı, daha dərinə gedərdi. Sadəcə qadındır. İstəmirəm ki, həbsxanaya düşsün. 80 min avroluq mal idi. Onun 1%-ni ( 10 min ) gətirdi. Vaxt istədi ki, yerdə qalan məbləği də qaytaracaq. Qaytarmasa, pis olacaq”.