“Evlənir, fikirləşmir ki, sabah kartof alacaq” – VİDEObackend

“Bizim bir reseptimiz yoxdur ki, deyək, ailə belə olmalıdır. Ailələrin dağılmasının səbəbini isə sosial və ictimai mühitdə axtarmaq lazımdır. Əksər gəncimiz öz maddi rifahını evlilik mühitinə uyğunlaşdırmamış ailə qurur. Çoxu romantik hisslərə qapılır. Düşünmür ki, sabah ət, kartof almaq lazım olacaq”.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri “Açıq söhbət” verilişində Xalq artisti Vidadi Həsənov deyib.

Sənətçi günümüzdə boşananların sayının artmasından danışıb:

“Elələri də var ki, çox düşünüb evlənirlər, amma ayrılırlar, insandır, uyğun gəlmirlər. Mən o sahənin mütəxəssisi deyiləm. Bunun üçün sosioloqlar, filosoflar, psixoloqla var. Nə qədər qadınların, uşaqların hüquqlarını müdafiə edən ictimai, yaxud da qeyri-hökumət təşkilatları var.

Əfsuslar olsun ki, bunların sayı get-gedə çoxalır, problem isə azalmır. Onda soruşursan ki, o qrantlar, pullar nəyə gedir? Ancaq yığışdılar, müzakirə etdilər, gənclər yenə də boşanır. Sənin müzakirənin nəticəsi nə oldu? O pulu xərcləmək? Məsələni nəzəri cəhətdən həll etmək?

Yox. Sənin müzakirənin nəticəsini real həyatda görməliyik. Bəlkə də var, biz bilmirik. Bəlkə də onların gördüyü işlərin nəticəsidir ki, boşananların sayı nisbətən azdır. Amma nəticə etibarı ilə boşananların sayının çoxalması qorxuducudur”.

Olay.az