“Barselona”nın futbolçusu Serji Robertonun həyat yoldaşı Koral Simanoviç unikal qadın hesab edilir.
“Yeni Gündem” xəbər verir ki, Nyu-Yorkda anadan olan Koralın İsrail vətəndaşlığı var. Lakin o, əri ilə birgə Kataloniyada yaşayır.
Modellik karyerasına qədər 2 il İsrail ordusunda hərbi xidmətdə olub. İsraildə bu normal haldır və əksər qadınlar hərbi xidmətə yollanır.
28 yaşlı modelin İnstaqramda 782 min izləyicisi var. O, məşhur jurnalların üz qabığında yer alır. Onun əsas uğuru öz adının – Koral Simanoviç markasını yaratmasıdır.
Qeyd edək ki, Serji Roberto isə “Barselona”nın yetirməsidir. 27 yaşlı müdafiəçi 2010-cu ildən əsas komandada çıxış edir.