Əvvəlki illərdə məktəbi bitirə bilməyən 1238 nəfər imtahan verəcəkbackend

Əvvəlki illərdə paytaxtdakı ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanları üçün onlayn sənəd qəbulu başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, eksternat imtahanlarında iştirak etmək üçün [email protected] elektron poçt ünvanına 1238 müraciət daxil olub.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə aralıq imtahanlarında uğur qazandıqdan sonra buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat təhsilalma forması üzrə aralıq imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.