“Express Bank”ın problemli kreditləri artdıbackend

Bildiyimiz kimi dünyada koronavirus pandemiyası geniş vüsət alıb. Həkimlər sözügedən xəstəliklə yanaşı başqa xəstəlikləri olanların koronavirusu daha da ağır keçirdiyini və hətta həyatı itkiyə gətirib çıxara biləcəyini bildirir. Bunu sizlərə çatdırmaqda məqsədimiz isə Express Bankın “vitamin çatışmazlığı”nın olduğunu, koronavirusa yoluxacağı təqdirdə xəstəliyi ağır keçirəcəyini bildirməkdir. B11 vitamini azalan bank “baş ağrısı çəkir” ki, bu da koronavirusun əsas simptomlarından biri kimi bilinir.

“Yeni Gündəm” xəbər verir ki, “Express Bank”ın son 1 il ərzində problemli kreditləri artıb. Həmin dövrdə də banka Mehman Məmmədov rəhbərlik edib. Artıq M.Məmmədovun sədr təyin olunduğu gündən bankın hesabatlarında azalan dinamikalarla az-çox tanışsınız. Buna görə də bankın gələcək hesabatlarını da az-çox təsəvvür etmək mümkündür.

GECİKMƏLƏRDƏ ARTAN RƏQƏMLƏR

“Express Bank”ın müştərilərinə verdiyi biznes kreditləri ötən ilin 4-cü rübü ilə müqayisədə 13 mln. 243 min manat, istehlak kreditləri 10 mln. 622 min manat, daşınmaz əmlak kreditindəki problem isə 1 mln. 215 min manat artaraq 1 mln.384 min manata çatıb.

2020-ci ilin 3-cü rübündə 30 günlük gecikmə 8 mln.916 min manat artaraq 17 mln. 421 min manata çatıb. Bundan başqa 30 gündən 60 günədək olan gecikmələr 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 2 mln. 180 min manat artaraq 3 mln. 235 min manat, 61 gündən 90 günədək olan gecikmələr 941 min manat artaraq 1 mln. 329 min manat, 91 gündən 120 günədək olan borclar 1 mln. 781 min manat artaraq 1 mln. 910 min manat, 121 gündən 150 günədək olan gecikmələr 1 mln. 362 min manat artaraq 1 mln. 629 min manat, 151 gündən 180 günədək olan gecikmələr 6 mln. 311 min manat artaraq 6 mln. 567 min manat, 181 gündən 210 günədək olan gecikmələr 1 mln. 969 min manat artaraq 2 mln. 53 min manat olub. Ən əsası isə bankın 1 il və daha artıq olan problemli kreditləri 624 min manat artaraq 2 mln. 606 min manata çatıb. Bunun da böyük əksəriyyəti 470 min manatlıq fərqlə istehlak kreditlərinin payına düşüb.Kommersant.az