“Expressbank” bu şirkətdən kreditini tələb edirbackend

Bakı Kommersiya Məhkəməsində “Expressbank” ASC-nin “Crown Lift Service” MMC-yə qarşı məhkəmə iclası başlayıb.Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 2-nə təyin edilib.

Qeyd: “Expressbank” ASC “Crown Lift Service” MMC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.